Yuxarı

Cənubi Koreyada aviaşirkət rəhbəri həbs edilib

Cənubi Koreyada aviaşirkət rəhbəri həbs edilib

Bakı. 2 iyul. REPORT.AZ/ Cənubi Koreya prokurorluğu “Korean air” hava şirkəti Direktorlar Şurasının sədri Ço Yan Xonun həbs edilməsi barədə order verib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, aviaşirkətin 18 milyon dollar məbləğədək vəsaitini mənimsəməkdə, 45 milyon dollar məbləğədək vergidən yayınmaqda ittiham olunur.

Prokurorluqdan bildirilib ki, Ço Yan Xo xarici banklarda bir milyon dollaradək məbləği gizlədib. O, ailəsinə göstərilən hüquqi məsləhət xidmətinin əvəzini aviaşirkətin hesabına ödəməkdə şübhəli bilinir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi