Cənubi Koreyada aviaşirkət rəhbəri həbs edilib

Cənubi Koreyada aviaşirkət rəhbəri həbs edilib Bakı. 2 iyul. REPORT.AZ/ Cənubi Koreya prokurorluğu “Korean air” hava şirkəti Direktorlar Şurasının sədri Ço Yan Xonun həbs edilməsi barədə order verib.
Digər ölkələr
2 İyul , 2018 16:55
Cənubi Koreyada aviaşirkət rəhbəri həbs edilib
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Cənubi Koreya prokurorluğu “Korean air” hava şirkəti Direktorlar Şurasının sədri Ço Yan Xonun həbs edilməsi barədə order verib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, aviaşirkətin 18 milyon dollar məbləğədək vəsaitini mənimsəməkdə, 45 milyon dollar məbləğədək vergidən yayınmaqda ittiham olunur.

Prokurorluqdan bildirilib ki, Ço Yan Xo xarici banklarda bir milyon dollaradək məbləği gizlədib. O, ailəsinə göstərilən hüquqi məsləhət xidmətinin əvəzini aviaşirkətin hesabına ödəməkdə şübhəli bilinir. 

Son xəbərlər

Orphus sistemi