Yuxarı

Cənubi Koreya və KXDR 10 il ərzində ilk dəfə hərbi danışıqlara başlayıb

Dinlə

Bakı. 14 iyun. REPORT.AZ/ Koreya Respublikası və Koreya Xalq Demokrtik Respublikası (KXDR) 10 il ərzində generallar səviyyəsində hərbi danışıqlara başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İki dövlət arasında hərbi gərginliyin azaldılması və müdafiə nazirləri səviyyəsində görüş hazırlamaq kimi məsələləri müzakirə etmək planlaşdırılır", - məlumatda deyilir.

Qeyd edək ki, Şimal və Cənub tərəfinin hərbi nümayəndələrinin görüşü Seuldan 60 km məsafədəki Phanmuncom sərhəd məntəqəsinin şimal tərəfində "Thonyilqak" pavilyonunda keçirilir. Cənubi Koreyanın nümayəndə heyətinə Müdafiə Nazirliyində Koreyalararası əlaqələrə nəzarət edən general-mayor Kim Do Qyun rəhbərlik edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi