Cənubi Afrikada iki qatar toqquşub, 320 nəfər xəsarət alıb

Cənubi Afrikada iki qatar toqquşub, 320 nəfər xəsarət alıb 32 sərnişin ağır yaralanıb
Digər ölkələr
5 Oktyabr , 2018 11:27
Cənubi Afrikada iki qatar toqquşub, 320 nəfər xəsarət alıb
English News

Bakı. 5 oktyabr. REPORT.AZ/ Cənubi Afrikada iki qatarın toqquşması nəticəsində azı 320 sərnişin xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə dünən gecə Yohannesburq şəhərindən şərqdə baş verib.

Pretoriya şəhərinə gedən qatar Kempton Park şəhərinin stansiyasında dayanmış başqa qatara çırpılıb.

Dəmir yolu şirkətinin nümayəndəsinin sözlərinə görə, 32 sərnişin ağır yaralanıb, amma onların həyatı təhlükəsi yoxdur.

Dəmir Yollarında Təhlükəsizlik İdarəsi (RSR) hadisənin başvermə səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi