Bakı. 8 dekabr. REPORT.AZ/ Cammu və Kəşmirdə sərnişin avtobusunun yarğana yuvarlanması nəticəsində 11 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, məlumatı “Greater Kashmir” yayıb.
Bildirilib ki, yaralılardan 5-nin vəziyyəti son dərəcə ağırdır.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.