Yuxarı

Burkino Fasoda hərbi bazaya hücum edilib, onlarla insan həlak olub, yaralılar var

​Burkino Fasoda hərbi bazaya hücum edilib, onlarla insan həlak olub

Burkino Fasoda hərbi bazaya hücum edilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə ölkənin şimalındakı Sum vilayətində qeydə alınıb. Yerli mətbuat bildirib ki, bir qrup silahlı Kutuqu şəhərindəki hərbi bazaya hücum edib. Nəticədə 24 əsgər həlak olub, daha 7 hərbçi isə yaralanıb.

Hücum edənlərə qarşı quru və hava əməliyyatı başlayıb. Hadisədən sonra dövlət başçısı Rox Mark Kristian Kabore yüksək rütbəli hərbi məmurlarla təhlükəsizlik iclası keçirib. "Burkino Faso terror hədəfi olan ölkələri tək qoymayacaq", - deyə dövlət başçısı görüşdən sonra deyib. 

Daha əvvəl Burkino Fasoda təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində 146 terrorçu zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi