Bakı. 12 may. REPORT.AZ/ Burkina-Fasonun mərkəzində yerləşən Bazeqa əyalətində avtobusun yol qəzasına uğraması nəticəsində 15 nəfər ölüb, 30-dan artıq insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb.
İnsident bazar ertəsi ölkə paytaxtı Uaqaduqudan 70 km. cənubda baş verib. Avtobus Uaqaduqu-Manqa marşrutu ilə hərəkət edib. Sürücü yüksək sürətlə hərəkətdə olan nəqliyyat vasitəsi üzərində idarəteməni itirib və avtous yoldan çıxıb.