Bakı. 24 may. REPORT.AZ/ Londonda hüquq-mühafizə orqanları əməkdaşları Bukingem sarayının yaxınlığında, Mell küçəsində bıçaqla silahlanmış kişi saxlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxt polisi məlumat verib.
London polisindən bildirilib ki, hadisə, çox güman ki, terrorla bağlı deyil.
"Telegraph" qəzetinin yazdığına görə, saxlanılma prosesi kraliça II Yelizavetanın hadisə yerindən keçməsinə bir neçə dəqiqə qalmış baş verib.