Bukingem sarayının yaxınlığında bıçaqlı kişi saxlanılıb

Bukingem sarayının yaxınlığında bıçaqlı kişi saxlanılıb London polisi: "Hadisə, çox güman ki, terrorla bağlı deyil"
Digər ölkələr
24 May , 2017 15:50
Bukingem sarayının yaxınlığında bıçaqlı kişi saxlanılıb

Bakı. 24 may. REPORT.AZ/ Londonda hüquq-mühafizə orqanları əməkdaşları Bukingem sarayının yaxınlığında, Mell küçəsində bıçaqla silahlanmış kişi saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxt polisi məlumat verib.

London polisindən bildirilib ki, hadisə, çox güman ki, terrorla bağlı deyil.

"Telegraph" qəzetinin yazdığına görə, saxlanılma prosesi kraliça II Yelizavetanın hadisə yerindən keçməsinə bir neçə dəqiqə qalmış baş verib.

Son xəbərlər

Orphus sistemi