Yuxarı

Bu gün İstanbulda Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin görüşü keçiriləcək

Bu gün İstanbulda Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin görüşü keçiriləcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün İstanbulda Türkiyə, Rusiya və Fransa prezidentləri və Almaniya kanslerinin iştirakı ilə Suriya münaqişəsinə dair dördtərəfli sammit keçiriləcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının Əlaqələr şöbəsinin nümayəndəsi deyib.

Sammit İstanbulun Asiya hissəsində, Osmanlı imperiyasının sonuncu sultanı VI Mehmet Vahiyəddinə məxsus malikanədə keçiriləcək.

Hazırda bina Türkiyə prezidentinin iş ofislərindən biri kimi istifadə olunur.

Bundan əvvəl ABŞ koalisiyası Suriyada dinc sakinləri bombaladığını təkzib edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi