Bu gün İstanbulda Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin görüşü keçiriləcək

Bu gün İstanbulda Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin görüşü keçiriləcək Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün İstanbulda Türkiyə, Rusiya və Fransa prezidentləri və Almaniya kanslerinin iştirakı ilə Suriya münaqişəsinə dair dördtərəfli sammit keçiriləcək.
Digər ölkələr
27 Oktyabr , 2018 08:22
Bu gün İstanbulda Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin görüşü keçiriləcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün İstanbulda Türkiyə, Rusiya və Fransa prezidentləri və Almaniya kanslerinin iştirakı ilə Suriya münaqişəsinə dair dördtərəfli sammit keçiriləcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezident Administrasiyasının Əlaqələr şöbəsinin nümayəndəsi deyib.

Sammit İstanbulun Asiya hissəsində, Osmanlı imperiyasının sonuncu sultanı VI Mehmet Vahiyəddinə məxsus malikanədə keçiriləcək.

Hazırda bina Türkiyə prezidentinin iş ofislərindən biri kimi istifadə olunur.

Bundan əvvəl ABŞ koalisiyası Suriyada dinc sakinləri bombaladığını təkzib edib.

Son xəbərlər

Orphus sistemi