Yuxarı

Maduro: "Venesuela parlamentinə növbədənkənar seçkilər keçiriləcək"

Bu barədə təklifi dövlət başçısı təklifi mitinqdə irəli sürüb

Bakı. 3 fevral. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ölkə parlamentinə növbədənkənar seçkilərin keçirilməsini təklif edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təklifi dövlət başçısı ona dəstək məqsədilə keçirilən genişmiqyaslı mitinqdə irəli sürüb.

"Onlar seçkilər istəyirlər? Biz parlament seçkiləri keçirəcəyik", - deyə Maduro aksiyada bildirib.

Maduro daha əvvəl qeyd edib ki, Venesuelada dövlət çevrilişinə cəhd uğursuz olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi