Maduro: "Venesuela parlamentinə növbədənkənar seçkilər keçiriləcək"

Maduro: "Venesuela parlamentinə növbədənkənar seçkilər keçiriləcək" Bakı. 3 fevral. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ölkə parlamentinə növbədənkənar seçkilərin keçirilməsini təklif edib.
Digər ölkələr
3 Fevral , 2019 05:56
Maduro: Venesuela parlamentinə növbədənkənar seçkilər keçiriləcək

Bakı. 3 fevral. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ölkə parlamentinə növbədənkənar seçkilərin keçirilməsini təklif edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təklifi dövlət başçısı ona dəstək məqsədilə keçirilən genişmiqyaslı mitinqdə irəli sürüb.

"Onlar seçkilər istəyirlər? Biz parlament seçkiləri keçirəcəyik", - deyə Maduro aksiyada bildirib.

Maduro daha əvvəl qeyd edib ki, Venesuelada dövlət çevrilişinə cəhd uğursuz olub.

Son xəbərlər

Orphus sistemi