Brüsseldəki etiraz yürüşündə yüzə yaxın aksiyaçı saxlanılıb

Brüsseldəki etiraz yürüşündə yüzə yaxın aksiyaçı saxlanılıb Bakı. 8 dekabr. REPORT.AZ/ Belçikanın paytaxtı Brüsseldə “Sarı jiletlilər”in icazəsiz aksiyasında yüzə yaxın etirazçı tutulub.
Digər ölkələr
8 Dekabr , 2018 16:18
Brüsseldəki etiraz yürüşündə yüzə yaxın aksiyaçı saxlanılıb
www.hurriyet.com.tr

Bakı. 8 dekabr. REPORT.AZ/ Belçikanın paytaxtı Brüsseldə “Sarı jiletlilər”in icazəsiz aksiyasında yüzə yaxın etirazçı tutulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İlse rayon Polis şöbəsinin təmsilçisi Van de Keere bildirib.

Onun sözlərinə görə, özünü şübhəli aparan və ya üzərlərində təhlükəli alətlər olan vətəndaşlar tutulub. Van de Keere asayişi təmin edən polis əməkdaşlarının sayını dəqiq söyləyə bilməsə də, təhlükəsizlik tədbirlərinin gücləndiyini deyib.

Hazırda yürüşçülər şəhərin mərkəzi küçəsində hərəkət edir. Aksiya nəticəsində avtomobil yolları bağlanıb. Onların bir qrupu diplomatik nümayəndəliklərin yaxınlığında və Avropa məhəlləsinin girişində dayanıb.

Qeyd edək ki, noyabrın 30-da Brüsseldə keçirilən etiraz zamanı “Sarı jiletlilər” polisin iki avtomobilini yandırmışdı. 

Son xəbərlər

Orphus sistemi