Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü keçiriləcək

Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü keçiriləcək Əsas müzakirə mövzusu Rusiyanın Suriyadaki hərbi əməliyyatları olacaq
Digər ölkələr
8 Oktyabr , 2015 08:05
Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü keçiriləcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Brüsseldə keçiriləcək NATO ölkələri müdafiə nazirlərinin görüşündə Rusiyanın Suriyadaki hərbi əməliyyatları məsələsinə xüsusi diqqət yetiriləcək.

“Report”un RBK-ya istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, bugünkü görüş təşkilatın gələcək fəaliyyəti üçün tarixi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, görüş iştirakçıları NATO-nun güclənməsi istiqamətində addımlar atacaq. Belə ki, qısa müddət ərzində Macarıstanda və Slovakiyada NATO qərargahlarının yaradılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi