Britaniyada uşaqları qətlə yetirən manyak həbsxanada ölüb

Britaniyada uşaqları qətlə yetirən manyak həbsxanada ölüb İen Breydi 5 uşağı qəddarcasına qətlə yetirib
Digər ölkələr
16 May , 2017 03:53
Britaniyada uşaqları qətlə yetirən manyak həbsxanada ölüb
mirror.co.uk

Bakı. 16 may. REPORT.AZ/ 1960-cı illərdə 5 uşağı qətlə yetirən manyak İen Breydi 79 yaşında xərçəng xəstəliyindən ölüb.

"Report" xəbər verir ki, bu barədə xəstəxanadakı mənbəyə istinadən "The Sun Online" nəşri yazıb.

Öldürülən uşaqlardan birinin ailə üzvü "Twitter"də yazıb: "Ailəmizdə xoş xəbərlər var! Şeytanın şagirdi Breydi nəhayət ki, öldü".

Qətllər 1963-1965-ci illər aralığında İen Breydi və onunla əlbir olan Mayra Hindli tərəfindən İngiltərənin Böyük Mançester qraflığında törədilib.

Cinayətlərin qəddarlıqla törədilməsinə baxmayaraq, 1965-ci ildən Britaniyada ölüm hökmü ləğv olunduğundan, 1966-cı ildən qatillər ömürlük həbs cəzası alıblar. Hindli 2002-ci ildə türmədə ölüb.

1985-ci ildə Breydi ağılsız hesab olunub və cəzasının qalan hissəsini ağılsızlar üçün son dərəcə ciddi olan "Eşuort" həbsxanasında keçirib.

Son xəbərlər

Orphus sistemi