Yuxarı
    Bağlamaq

    Britaniyada uşaqları qətlə yetirən manyak həbsxanada ölüb

    İen Breydi 5 uşağı qəddarcasına qətlə yetirib© mirror.co.uk

    Bakı. 16 may. REPORT.AZ/ 1960-cı illərdə 5 uşağı qətlə yetirən manyak İen Breydi 79 yaşında xərçəng xəstəliyindən ölüb.

    "Report" xəbər verir ki, bu barədə xəstəxanadakı mənbəyə istinadən "The Sun Online" nəşri yazıb.

    Öldürülən uşaqlardan birinin ailə üzvü "Twitter"də yazıb: "Ailəmizdə xoş xəbərlər var! Şeytanın şagirdi Breydi nəhayət ki, öldü".

    Qətllər 1963-1965-ci illər aralığında İen Breydi və onunla əlbir olan Mayra Hindli tərəfindən İngiltərənin Böyük Mançester qraflığında törədilib.

    Cinayətlərin qəddarlıqla törədilməsinə baxmayaraq, 1965-ci ildən Britaniyada ölüm hökmü ləğv olunduğundan, 1966-cı ildən qatillər ömürlük həbs cəzası alıblar. Hindli 2002-ci ildə türmədə ölüb.

    1985-ci ildə Breydi ağılsız hesab olunub və cəzasının qalan hissəsini ağılsızlar üçün son dərəcə ciddi olan "Eşuort" həbsxanasında keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi