Yuxarı

Braziliyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

Braziliyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb
Qəza nəticəsində 1 nəfər sağ qalıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Braziliyanın şimal-şərqində Amazonas ştatının Manausa şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hava gəmisinin göyərtəsində 6 nəfər olub, onların 5-i ölüb.

Yeganə sağ qalan şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti son dərəcə ağırdır. Ölənlər arasında 4 yaşlı uşaq da var.

Manausa şəhərindən Novu-Aripuanan bələdiyyəsinə gedən təyyarə havaya qalxdıqdan bir az sonra yerə düşüb. Yanğınsöndürənlərin məlumatına görə, təyyarə yerə dəydikdən sonra partlayıb.

İnsidentin səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi