Braziliyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

Braziliyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb Qəza nəticəsində 1 nəfər sağ qalıb
Digər ölkələr
8 Dekabr , 2016 06:18
Braziliyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Braziliyanın şimal-şərqində Amazonas ştatının Manausa şəhəri yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hava gəmisinin göyərtəsində 6 nəfər olub, onların 5-i ölüb.

Yeganə sağ qalan şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti son dərəcə ağırdır. Ölənlər arasında 4 yaşlı uşaq da var.

Manausa şəhərindən Novu-Aripuanan bələdiyyəsinə gedən təyyarə havaya qalxdıqdan bir az sonra yerə düşüb. Yanğınsöndürənlərin məlumatına görə, təyyarə yerə dəydikdən sonra partlayıb.

İnsidentin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi