Bakı. 28 oktyabr. REPORT.AZ/ Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Ölkədə ümumilikdə 147,3 milyon nəfər səs vermək hüququna malikdir. 18-70 yaşlarında olanlar üçün səsvermə məcburidir, lakin səs verməməyə görə cəza rəmzi xarakter daşıyır - təxminən bir dollar.
Qeyd edək ki, seçkilərin ilk turu oktyabrın 7-də keçirilib. Birinci turda qalib müəyyənləşməyib, səslərin sayılmasından sonra isə ikinci tura iki namizəd - Sosial Liberal Partiyasından olan ultra-sağçı namizəd Jair Bolsonaru və solçu, İşçi Partiyasından olan namizəd Fernandu Addad keçib. Jair Bolsonaru ilk turda səslərin 46%-ni, Fernandu Addad isə 29,3%-ni toplayıb.