Braziliyada polislərin etiraz aksiyası keçirməsi səbəbindən 12 nəfər öldürülüb

Braziliyada polislərin etiraz aksiyası keçirməsi səbəbindən 12 nəfər öldürülüb Polislər əmək haqlarının qaldırılmasını tələb edirlər
Digər ölkələr
31 Dekabr , 2017 04:45
Braziliyada polislərin etiraz aksiyası keçirməsi səbəbindən 12 nəfər öldürülüb

Bakı. 31 dekabr. REPORT.AZ/ Braziliyanın Riu-Qrandi-du-Norti ştatında polislərin tətil etməsi səbəbindən sutka ərzində azı 12 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə bazar günü UOL internet-portalı məlumat yayıb.

Etiraz aksiyasının başladığı günün əvvəlində məhkəmə-tibb müəssisəsinə odlu silah yarası almış 12 meyit gətirilib.

Polislər əmək haqlarının artırılması və əmək ödənişlərinin yaxşılaşdırılmasını tələb edirlər.

Hökumət asayişin bərpa olunması üçün əraziyə 2,8 min hərbçi göndərmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi