Braziliyada kilsədə atışma olub, ölən və yaralananlar var

Braziliyada kilsədə atışma olub, ölən və yaralananlar var Bakı. 11 dekabr. REPORT.AZ/ Çərşənbə axşamı Braziliyanın San-Paulu ştatında yerləşən kilsələrdən birində silahlı insident baş verib.
Digər ölkələr
11 Dekabr , 2018 22:31
Braziliyada kilsədə atışma olub, ölən və yaralananlar var

Bakı. 11 dekabr. REPORT.AZ/ Çərşənbə axşamı Braziliyanın San-Paulu ştatında yerləşən kilsələrdən birində silahlı insident baş verib.

“Report” xəbər verir ki, bu barədə "təcili yardım"a istinadən "Globo" telekanalı məlumat yayıb.

Bildirilir ki, naməlum şəxs kilsəyə girərək odlu silahdan insanlara atəş açmağa başlayıb. Nəticədə 4 nəfər ölüb, daha 4-ü isə yaralanıb. Cani sonda özünü öldürüb.

Hadisə San-Paulu şəhəri yaxınlığında yerləşən Kampinas şəhərində baş verib.

Bundan əvvəl Braziliyada qarətçilərlə polis arasında atışma olub, 12 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi