Yuxarı

Braziliya meşə yanğınlarını söndürməyə hərbçiləri göndərir

Braziliya meşə yanğınlarını söndürməyə hərbçiləri göndərir

Braziliya hökuməti Amazon hövzəsində uzun müddətdir tüğyan edən meşə yanğınlarını söndürmək üçün 44 min hərbçi göndərib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Fernando Azevedo-i-Silva məlumat verib.

Qeyd edək ki, prezident Jair Bolsonaro tərəfindən imzalanmış müvafiq fərmana görə avqustun 24-dən etibarən bir ay ərzində yanğınların söndürülməsinə kömək məqsədilə hərbi hissələr sərhəd bölgələrində və Amazon hövzəsinin zərər çəkən bölgələrində yerləşdirilməlidir.

Bununla yanaşı, alovu havadan söndürmək üçün hava qüvvələri tərəfindən 12 min litrədək su daşıya bilən iki ədəd “Hercules C-130” təyyarəsi ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi