Braziliya meşə yanğınlarını söndürməyə hərbçiləri göndərir

Braziliya meşə yanğınlarını söndürməyə hərbçiləri göndərir Braziliya hökuməti Amazon hövzəsində uzun müddətdir tüğyan edən meşə yanğınlarını söndürmək üçün 44 min hərbçi göndərib.
Digər ölkələr
26 Avqust , 2019 18:57
Braziliya meşə yanğınlarını söndürməyə hərbçiləri göndərir

Braziliya hökuməti Amazon hövzəsində uzun müddətdir tüğyan edən meşə yanğınlarını söndürmək üçün 44 min hərbçi göndərib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Fernando Azevedo-i-Silva məlumat verib.

Qeyd edək ki, prezident Jair Bolsonaro tərəfindən imzalanmış müvafiq fərmana görə avqustun 24-dən etibarən bir ay ərzində yanğınların söndürülməsinə kömək məqsədilə hərbi hissələr sərhəd bölgələrində və Amazon hövzəsinin zərər çəkən bölgələrində yerləşdirilməlidir.

Bununla yanaşı, alovu havadan söndürmək üçün hava qüvvələri tərəfindən 12 min litrədək su daşıya bilən iki ədəd “Hercules C-130” təyyarəsi ayrılıb.

Son xəbərlər

Orphus sistemi