Yuxarı

BQXK 71 əməkdaşını Yəməndən geri çağırıb

BQXK 71 əməkdaşını Yəməndən geri çağırıb

Bakı. 7 iyun. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) missiyanın işçiləri üçün yaranmış çoxsaylı təhlükələr səbəbindən 71 əməkdaşının Yəməndən geri çağırılması barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı humanitar təşkilatın Cenevrədə yerləşən baş qərargahı məlumat yayıb.

"BQXK silsilə hadisə və təhlükələr nəticəsində 71 əməkdaşını Yəməndən çıxardı. Təşkilat cərrahiyyə xidməti, dustaqların ziyarəti, içməli su ilə təmin edilmə və ərzaq yardımı təşəbbüsləri kimi sahələrdə humanitar fəaliyyətini zəiflədib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, "bizim cari fəaliyyətimiz son həftələrdə məhdudlaşdırılıb, o təhlükələrə məruz qalıb və hədəfə çevrilib. Təşkilatımızı münaqişənin girovu kimi istifadə etməklə bağlı açıq cəhdlər görürük".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi