BQXK 71 əməkdaşını Yəməndən geri çağırıb

BQXK 71 əməkdaşını Yəməndən geri çağırıb Bakı. 7 iyun. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) missiyanın işçiləri üçün yaranmış çoxsaylı təhlükələr səbəbindən 71 əməkdaşının Yəməndən geri çağırılması barədə qərar qəbul edib.
Digər ölkələr
7 İyun , 2018 23:13
BQXK 71 əməkdaşını Yəməndən geri çağırıb

Bakı. 7 iyun. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) missiyanın işçiləri üçün yaranmış çoxsaylı təhlükələr səbəbindən 71 əməkdaşının Yəməndən geri çağırılması barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı humanitar təşkilatın Cenevrədə yerləşən baş qərargahı məlumat yayıb.

"BQXK silsilə hadisə və təhlükələr nəticəsində 71 əməkdaşını Yəməndən çıxardı. Təşkilat cərrahiyyə xidməti, dustaqların ziyarəti, içməli su ilə təmin edilmə və ərzaq yardımı təşəbbüsləri kimi sahələrdə humanitar fəaliyyətini zəiflədib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, "bizim cari fəaliyyətimiz son həftələrdə məhdudlaşdırılıb, o təhlükələrə məruz qalıb və hədəfə çevrilib. Təşkilatımızı münaqişənin girovu kimi istifadə etməklə bağlı açıq cəhdlər görürük".

Son xəbərlər

Orphus sistemi