Böyük Britaniyanın Aİ-dən çıxışı prosesi altı ilədək davam edə bilər

Böyük Britaniyanın Aİ-dən çıxışı prosesi altı ilədək davam edə bilər Böyük Britaniya və Aİ-yə üzv olan 27 dövlət arasında yeni müqavilənin ratifikasiya prosesi 4 il çəkə bilər
Digər ölkələr
13 İyul , 2016 12:43
Böyük Britaniyanın Aİ-dən çıxışı prosesi altı ilədək davam edə bilər

Bakı. 13 iyul. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından çıxışı prosesi altı ilədək davam edə bilər.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond məlumat verib.

Nazirin sözlərinə görə, müzakirələr üçün lazım gələn vaxtı nəzərə alanda Böyük Britaniya və Aİ-yə üzv olan 27 dövlət arasında yeni müqavilənin ratifikasiya prosesi 4 il çəkə bilər. Bundan əlavə, Britaniyanın Aİ-dən çıxışı şərtləri barədə Brüssel ilə aparılacaq danışıqlara iki il vaxt gedəcək.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əksəriyyət ölkənin Avropa İttifaqından çıxışına səs verib.

Son xəbərlər

Orphus sistemi