Yuxarı

Böyük Britaniyada Baş nazirə etimadsızlıq votumu üzrə səsvermə proseduruna başlanılıb

© Getty Images

Bakı. 12 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının Rəhbər Komitəsinin sədri Qrem Bredi ölkənin Baş naziri Tereza Meyə qarşı etimadsızlıq məsələsi (votumu) üzrə səsvermə proseduruna başlandığını bildirib.

Bu barədə "Report" "Sky News"a istinadən xəbər verir.

"Qaydalara uyğun olaraq, səsvermə dekabrın 12-də saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə 22:00-dan 00:00-dək) keçiriləcək", - Q.Bredi açıqlayıb.

Onun sözlərinə görə, səslər dərhal hesablanacaq və səsvermənin nəticələri qısa müddətdə elan ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi