Böyük Britaniyada Baş nazirə etimadsızlıq votumu üzrə səsvermə proseduruna başlanılıb

Böyük Britaniyada Baş nazirə etimadsızlıq votumu üzrə səsvermə proseduruna başlanılıb Bakı. 12 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının Rəhbər Komitəsinin sədri Qrem Bredi ölkənin Baş naziri Tereza Meyə qarşı etimadsızlıq məsələsi (votumu) üzrə səsvermə proseduruna başlandığını bildirib.
Digər ölkələr
12 Dekabr , 2018 12:11
Böyük Britaniyada Baş nazirə etimadsızlıq votumu üzrə səsvermə proseduruna başlanılıb
Getty Images

Bakı. 12 dekabr. REPORT.AZ/ Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının Rəhbər Komitəsinin sədri Qrem Bredi ölkənin Baş naziri Tereza Meyə qarşı etimadsızlıq məsələsi (votumu) üzrə səsvermə proseduruna başlandığını bildirib.

Bu barədə "Report" "Sky News"a istinadən xəbər verir.

"Qaydalara uyğun olaraq, səsvermə dekabrın 12-də saat 18:00-dan 20:00-dək (Bakı vaxtı ilə 22:00-dan 00:00-dək) keçiriləcək", - Q.Bredi açıqlayıb.

Onun sözlərinə görə, səslər dərhal hesablanacaq və səsvermənin nəticələri qısa müddətdə elan ediləcək.

Son xəbərlər

Orphus sistemi