Yuxarı

Con Bolton: "İran və Şimali Koreya ABŞ-ın sanksiyalarını yumşaltmaq üçün danışıqlara maraq göstərir”

Bolton Trampı terror qurbanlarına hörmətsizlikdə qınayıb

“İran və Şimali Koreya ABŞ-ın tətbiq etdiyi sanksiyaları yumşaltmaq üçün danışıqlara maraq göstərir”.

“Report” “Politico”ya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton Nyu-Yorkda qapalı görüşlərdən birində vurğulayıb.

O, ABŞ Prezidenti Donald Trampın xarici siyasətini tənqid edib.

C.Bolton Donald Trampın terrorçu “Taliban” qrupu liderlərinin Kemp Deviddə prezident iqamətgahına dəvət edilməsini “dəhşətli siqnal” adlandıraraq, bunu 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terrorun qurbanlarına hörmətsizlik kimi dəyərləndirib.

Con Bolton Donald Trampın İran və Şimali Koreya liderləri ilə danışıqlar ideyasına da mənfi yanaşdığını vurğulayıb. O, çıxışında Donald Trampın adını çəkməyib.

Qeyd edək ki, sentyabrın 10-da Donald Tramp Con Boltonu vəzifəsindən azad edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi