Con Bolton: "İran və Şimali Koreya ABŞ-ın sanksiyalarını yumşaltmaq üçün danışıqlara maraq göstərir”

Con Bolton: "İran və Şimali Koreya ABŞ-ın sanksiyalarını yumşaltmaq üçün danışıqlara maraq göstərir” “İran və Şimali Koreya ABŞ-ın tətbiq etdiyi sanksiyaları yumşaltmaq üçün danışıqlara maraq göstərir”.
Digər ölkələr
19 Sentyabr , 2019 12:38
Con Bolton: İran və Şimali Koreya ABŞ-ın sanksiyalarını yumşaltmaq üçün danışıqlara maraq göstərir”

“İran və Şimali Koreya ABŞ-ın tətbiq etdiyi sanksiyaları yumşaltmaq üçün danışıqlara maraq göstərir”.

“Report” “Politico”ya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton Nyu-Yorkda qapalı görüşlərdən birində vurğulayıb.

O, ABŞ Prezidenti Donald Trampın xarici siyasətini tənqid edib.

C.Bolton Donald Trampın terrorçu “Taliban” qrupu liderlərinin Kemp Deviddə prezident iqamətgahına dəvət edilməsini “dəhşətli siqnal” adlandıraraq, bunu 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terrorun qurbanlarına hörmətsizlik kimi dəyərləndirib.

Con Bolton Donald Trampın İran və Şimali Koreya liderləri ilə danışıqlar ideyasına da mənfi yanaşdığını vurğulayıb. O, çıxışında Donald Trampın adını çəkməyib.

Qeyd edək ki, sentyabrın 10-da Donald Tramp Con Boltonu vəzifəsindən azad edib.

Son xəbərlər

Orphus sistemi