Yuxarı

​BMT Yəmənə endirilən aviazərbələri dayandırmağa çağırıb

​BMT Yəmənə endirilən aviazərbələri dayandırmağa çağırıb
Bombardıman nəticəsində Yəmən aeroportları ciddi ziyan çəkib

Bakı. 5 may. REPORT.AZ/ BMT Səudiyyə Ərəbistanı və onun müttəfiqlərini paytaxt Sənanın beynəlxalq aeroportuna və Yəmənin digər hava limanlarına endirilən hava zərbələrinə son qoymağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə qurumun Yəmən üzrə humanitar yardım əlaqələndiricisi Yohannes Van Der Klaunun bəyanatında bildirilir.

Sənəddə vurğulanır ki, bombardıman nəticəsində Sənanın hava limanında uçuş-eniş zolağı ciddi zərər çəkib.

"Uçuş zonasında təmir işləri getdiyi müddətcə, heç bir təyyarə nə uça, nə də eniş edə bilmir", - deyə Van Der Klau bildirib.

"Mən koalisiyanı Sənanın beynəlxalq aeroportu üzərində edilən reydlərə qətiyyətlə son qoymağa və humanitar yardım əməkdaşlarının Yəməndə silahlı münaqişə nəticəsində zərər çəkən insanlara yetişməsi üçün mühüm olan bu arteriyanı, həmçinin digər hava və dəniz limanlarını toxunulmaz saxlamağa çağırıram", - deyə o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi