Bakı. 5 may. REPORT.AZ/
"Report" xəbər verir ki, bu barədə qurumun Yəmən üzrə humanitar yardım əlaqələndiricisi Yohannes Van Der Klaunun bəyanatında bildirilir.
Sənəddə vurğulanır ki, bombardıman nəticəsində Sənanın hava limanında uçuş-eniş zolağı ciddi zərər çəkib.
"Uçuş zonasında təmir işləri getdiyi müddətcə, heç bir təyyarə nə uça, nə də eniş edə bilmir", - deyə Van Der Klau bildirib.
"Mən koalisiyanı Sənanın beynəlxalq aeroportu üzərində edilən reydlərə qətiyyətlə son qoymağa və humanitar yardım əməkdaşlarının Yəməndə silahlı münaqişə nəticəsində zərər çəkən insanlara yetişməsi üçün mühüm olan bu arteriyanı, həmçinin digər hava və dəniz limanlarını toxunulmaz saxlamağa çağırıram", - deyə o qeyd edib.