​BMT Təhlükəsizlik Şurası miqrantların qeyri-leqal daşınmasından narahatlığını ifadə edib

​BMT Təhlükəsizlik Şurası miqrantların qeyri-leqal daşınmasından narahatlığını ifadə edib "500 insanın ölümüylə nəticələnmiş faciəyə təəssüf edirik"
Digər ölkələr
23 Aprel , 2016 06:11
​BMT Təhlükəsizlik Şurası miqrantların qeyri-leqal daşınmasından narahatlığını ifadə edib

Bakı. 23 aprel. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası (TŞ) Liviyanın sahillərində gəmi qəzası nəticəsində 500 miqranta qədər həlak olmasına təəssüf etdiyini bildirib. "Report" "TASS"a istinadən xəbər verir ki, BMT TŞ bununla bağlı bəyanatında həmçinin dünya ölkələrini insanların qanunsuz daşınmasına qarşı mübarizə üzrə fəaliyyətlərini daha yaxşı koordinasiya etməyə çağırıb.

"Birləşmiş Millətlər Təşkilatı bu yaxınlarda Aralıq dənizində 500 insanın ölümüylə nəticələnmiş faciəyə təəssüf edir" - deyə bəyanatda bildirilir.

Təhlükəsizlik Şurası dünyasını dəyişənlərin doğmalarına başsağlığı ilə yanaşı, miqrantların qeyri-leqal daşınmasıyla məşğul olan təşkilatların fəaliyyətinin regionda sabitlik üçün ağır nəticələr yarada biləcəyinə narahatlığını ifadə edib. 

Son xəbərlər

Orphus sistemi