BMT-nin xüsusi nümayəndəsi İdlibdə olan terrorçuların sayını açıqlayıb

BMT-nin xüsusi nümayəndəsi İdlibdə olan terrorçuların sayını açıqlayıb Staffan de Mistura: "İdlibdə həmçinin 2,9 milyon mülki şəxs var"
Digər ölkələr
30 Avqust , 2018 16:08
BMT-nin xüsusi nümayəndəsi İdlibdə olan terrorçuların sayını açıqlayıb
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Suriyanın İdlib şəhərində "Cəbhət ən-Nüsra" və "Əl-Qaidə" terror qruplaşmalarının, təxminən, 10 min yaraqlısı cəmləşib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura keçirdiyi brifinqdə bildirib.

"İdlibdə əcnəbi yaraqlılar, eləcə də "Cəbhət ən-Nüsra" və "Əl-Qaidə" terror qruplaşmalarının yaraqlıları çox böyük sayda cəmləşiblər və bu, qəbul etməli olduğumuz faktdır. Heç kim onların terrorçu olduğunu inkar etmir. "Əl-Qaidə" və ya "Ən-Nüsrə" və ya özlərinə nə deyirlərsə, təxminən, 10 min yaraqlıya malikdir", - o deyib.

De Mistura əlavə edib ki, İdlibdə həmçinin 2,9 milyon mülki şəxs var: "Ona görə də sıx məskunlaşmanın olduğu ərazilərdə terrorçulara qarşı ağır silahlardan hər cür istifadəyə bəraət qazandırmaq olmaz", - xüsusi nümayəndə bildirib.

Son xəbərlər

Orphus sistemi