Bakı. 30 avqust. REPORT.AZ/ Suriyanın İdlib şəhərində "Cəbhət ən-Nüsra" və "Əl-Qaidə" terror qruplaşmalarının, təxminən, 10 min yaraqlısı cəmləşib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura keçirdiyi brifinqdə bildirib.
"İdlibdə əcnəbi yaraqlılar, eləcə də "Cəbhət ən-Nüsra" və "Əl-Qaidə" terror qruplaşmalarının yaraqlıları çox böyük sayda cəmləşiblər və bu, qəbul etməli olduğumuz faktdır. Heç kim onların terrorçu olduğunu inkar etmir. "Əl-Qaidə" və ya "Ən-Nüsrə" və ya özlərinə nə deyirlərsə, təxminən, 10 min yaraqlıya malikdir", - o deyib.
De Mistura əlavə edib ki, İdlibdə həmçinin 2,9 milyon mülki şəxs var: "Ona görə də sıx məskunlaşmanın olduğu ərazilərdə terrorçulara qarşı ağır silahlardan hər cür istifadəyə bəraət qazandırmaq olmaz", - xüsusi nümayəndə bildirib.