​BMT-nin baş katibi gözlənilmədən İsrailə səfər edəcək

​BMT-nin baş katibi gözlənilmədən İsrailə səfər edəcək Pan Gi Munun İsrailin baş naziri Binyamin Netaniyahu, Fələstin Dövlətin rəhbəri sədri Mahmud Abbasla görüşəcəyi planlaşdırılıb
Digər ölkələr
20 Oktyabr , 2015 12:51
​BMT-nin baş katibi gözlənilmədən İsrailə səfər edəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ BMT-nin baş katıbi Pan Gi Mun oktyabrın 20-də İsrailə əvvəlcədən planlaşdırılmayan səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda İsrailin dövlət radiosu məlumat yayıb.

Səfərlə bağlı məlumat öncədən elan olunmadığından bu ziyarət müəyyən mənada gözlənilməz də sayılır.

"Avropa ölkələrində səfərdə olan baş katib təhlükəsizliyə dair məsələləri müzakirə etmək üçün İsrailə səfər etməyi qərara alıb", - deyə məlumatda bildirilib.

Pan Gi Munun İsrailin baş naziri Binyamin Netaniyahu, Fələstin dövlətinin rəhbəri Mahmud Abbasla görüşəcəyi planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi