BMT İraqda 12 kütləvi məzarlıq aşkarlayıb

BMT İraqda 12 kütləvi məzarlıq aşkarlayıb İraqda İŞİD terror qruplaşmasının qurbanları olan şəxslərin dəfn edildiyi 12 kütləvi məzarlıq aşkarlanıb.
Digər ölkələr
24 May , 2019 08:38
BMT İraqda 12 kütləvi məzarlıq aşkarlayıb

İraqda İŞİD terror qruplaşmasının qurbanları olan şəxslərin dəfn edildiyi 12 kütləvi məzarlıq aşkarlanıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, İraqın kəşfiyyat ekspertləri və mütəxəssislərindən ibarət qrup Türkiyə, İsveç, Almaniya, Səudiyyə Ərəbistandan olan ekspertlərin köməyi ilə terror qruplaşmasının yeni cinayətlərini aşkarlayıb.

Ortaya çıxan yeni faktlarla əlaqədar İraq və BMT nümayəndələrinin birlikdə hazırladıqları hesabatda İraqın bir qrup əsgərinin 2014-cü ildə terrorçular tərəfindən Tiqritdə edam edildiyi yer alıb. Bununla yanaşı, terrorçuların 2016-cı ildə də Mosulda da kütləvi cinayət törətdikləri məlum olub. 

Son xəbərlər

Orphus sistemi