BMT baş katibinin Suriya üzrə xüsusi elçisinin müşaviri vəzifəsindən ayrılmaq niyyətindədir

BMT baş katibinin Suriya üzrə xüsusi elçisinin müşaviri vəzifəsindən ayrılmaq niyyətindədir Bakı. 18 oktyabr. REPORT.AZ/ BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın böyük müşaviri Yan Egeland noyabr ayında vəzifəsindən ayrılmaq niyyətindədir.
Digər ölkələr
18 Oktyabr , 2018 16:07
BMT baş katibinin Suriya üzrə xüsusi elçisinin müşaviri vəzifəsindən ayrılmaq niyyətindədir
Times of Israel
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın böyük müşaviri Yan Egeland noyabr ayında vəzifəsindən ayrılmaq niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Cenevrədə jurnalistlərə bildirib.

"Noyabrın sonunda getmək qərarına gəlmişəm", - Y.Egeland deyib.

Onun sözlərinə görə, gedişi böyük ölçüdə xüsusi elçi Staffan de Misturanın noyabrın sonlarında vəzifəsindən ayrılmaq barədə bəyanatı ilə təsadüfən üst-üstə düşür.

Müşavir başqa komandanın təyin ediləcəyini söyləyib: "Təəssüf ki, işimizi yarımçıq tərk edəcəyik. Strukturun fəaliyyəti artıq gedişimizdən sonra davam etdiriləcək".

Qeyd edək ki, BMT-nin Suriya üzrə xüsusi elçisinin ofisində Y.Egeland humanitar istiqamət üzrə məsuliyyət daşıyır.

Xatırladaq ki, de Mistura noyabrın sonlarında vəzifəsindən ayrılacağını açıqlayıb. Hazırda xüsusi elçi vəzifəsinə yeni adamın təyin olunması ilə əlaqədar məsləhətləşmələr başlayıb. Bu baxımdan, BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş, BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov və Əlcəzairin sabiq xarici işlər naziri Ramtan Lamamranın adları hallanır.

Son xəbərlər

Orphus sistemi