“Geostrateji gərginlik, iqlim dəyişikliyi, qlobal səviyyədə artan inamsızlıq və yeni texnologiyaların təhlükəsi – bunlar hazırda mövcud olan 4 ən böyük problemdir. Prioritet onların qarşısını almaqdır”.
“Report” xəbər verir ki, bunu
Baş katibin sözlərinə görə, bu gün geostrateji gərginlik, həqiqətən, epik xarakter alıb, zorakı qarşıdurmalar və terror hücumları əzab və səfalət toxumları əkir və dünya II Dünya müharibəsindən bəri müharibə və təqiblərdən qaçan bu qədər insan görməyib.
A.Quterriş son illərdə əldə olunan bəzi uğurları da sadalayıb: “Keçən il bir çox qeyri-sabit ölkədə dinc yolla seçkilər keçirildi, Yəməndə atəşkəs rejimi quruldu, yeni Suriya konstitusiyasının hazırlanması üzrə komitə yaradıldı və Mərkəzi Afrika Respublikasında sülh sazişinin şərtləri icra edildi. Bu yaxınlarda Berlində keçirilən Liviya üzrə konfransda isə iştirakçılar silahlı qarşıdurmaya və ölkənin daxili işlərinə qarışmayacağına söz verdilər”.
Bununla belə, BMT baş katibi hələ görülməli çox işin olduğu etiraf edib: “Fars körfəzində, Sahel bölgəsində, Venesueladakı vəziyyət və Fələstin-İsrail münaqişəsi. Özü də xarici oyunçular yalnız ocağı daha da alovlandırır, Təhlükəsizlik Şurasının qətnamələri isə yerinə yetirilmir”.
Baş katib hesab edir ki, münaqişələrin qarşısının alınmasına diqqət yetirilməli və vasitəçilik mexanizmlərindən daha fəal istifadə edilməlidir.