BMT baş katibi 2020-ci il üçün prioritetləri açıqlayıb

BMT baş katibi 2020-ci il üçün prioritetləri açıqlayıb “Geostrateji gərginlik, iqlim dəyişikliyi, qlobal səviyyədə artan inamsızlıq və yeni texnologiyaların təhlükəsi – bunlar hazırda mövcud olan 4 ən böyük problemdir. Prioritet onların qarşısını almaqdır”.
Digər ölkələr
23 Yanvar , 2020 15:53
BMT baş katibi 2020-ci il üçün prioritetləri açıqlayıb
Antoniu Quterreş

“Geostrateji gərginlik, iqlim dəyişikliyi, qlobal səviyyədə artan inamsızlıq və yeni texnologiyaların təhlükəsi – bunlar hazırda mövcud olan 4 ən böyük problemdir. Prioritet onların qarşısını almaqdır”.

“Report” xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterriş gələn il 75 yaşı tamam olacaq qurumun Baş Assambleyasının nümayəndə heyəti qarşısında çıxışı zamanı 2020-ci il üçün prioritetlərdən danışarkən deyib.

Baş katibin sözlərinə görə, bu gün geostrateji gərginlik, həqiqətən, epik xarakter alıb, zorakı qarşıdurmalar və terror hücumları əzab və səfalət toxumları əkir və dünya II Dünya müharibəsindən bəri müharibə və təqiblərdən qaçan bu qədər insan görməyib.

A.Quterriş son illərdə əldə olunan bəzi uğurları da sadalayıb: “Keçən il bir çox qeyri-sabit ölkədə dinc yolla seçkilər keçirildi, Yəməndə atəşkəs rejimi quruldu, yeni Suriya konstitusiyasının hazırlanması üzrə komitə yaradıldı və Mərkəzi Afrika Respublikasında sülh sazişinin şərtləri icra edildi. Bu yaxınlarda Berlində keçirilən Liviya üzrə konfransda isə iştirakçılar silahlı qarşıdurmaya və ölkənin daxili işlərinə qarışmayacağına söz verdilər”.

Bununla belə, BMT baş katibi hələ görülməli çox işin olduğu etiraf edib: “Fars körfəzində, Sahel bölgəsində, Venesueladakı vəziyyət və Fələstin-İsrail münaqişəsi. Özü də xarici oyunçular yalnız ocağı daha da alovlandırır, Təhlükəsizlik Şurasının qətnamələri isə yerinə yetirilmir”.

Baş katib hesab edir ki, münaqişələrin qarşısının alınmasına diqqət yetirilməli və vasitəçilik mexanizmlərindən daha fəal istifadə edilməlidir.

Son xəbərlər

Orphus sistemi