Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub

Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır
Digər ölkələr
28 İyun , 2017 18:56
Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub
Foto: "Anadolu"

Bakı. 28 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hava zərbəsi üç təyyarə ilə Deyr-ez-Zor bölgəsinə endirilib. Zərbə nəticəsində xəsarət alanlar da var. Onlar bölgədəki xəstəxanalara yerləşdiriliblər.   

"SANA" agentliyi isə mənbəyə istinadən hava zərbəsi nəticəsində azı 40 dinc sakinin həlak olduğunu xəbər verib. Agentliyin xəbərində bildirilir ki, hücum Məyadin rayonunun əd-Dublyan kəndinə edilib. Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

Xəbərdə həmçinin qeyd olunur ki, kəndin sakinləri hücumun təkrarlanacağından qorxaraq səhraya qaçıblar. 

Son xəbərlər

Orphus sistemi