Yuxarı
    Bağlamaq

    Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub

    Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır© Foto: "Anadolu"

    Bakı. 28 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub.

    "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

    Xəbərdə bildirilir ki, hava zərbəsi üç təyyarə ilə Deyr-ez-Zor bölgəsinə endirilib. Zərbə nəticəsində xəsarət alanlar da var. Onlar bölgədəki xəstəxanalara yerləşdiriliblər.   

    "SANA" agentliyi isə mənbəyə istinadən hava zərbəsi nəticəsində azı 40 dinc sakinin həlak olduğunu xəbər verib. Agentliyin xəbərində bildirilir ki, hücum Məyadin rayonunun əd-Dublyan kəndinə edilib. Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.

    Xəbərdə həmçinin qeyd olunur ki, kəndin sakinləri hücumun təkrarlanacağından qorxaraq səhraya qaçıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi