Beynəlxalq Ədalət Məhkəməsində Ukrayna və Rusiya arasındakı mübahisə ilə bağlı iclas olacaq

Beynəlxalq Ədalət Məhkəməsində Ukrayna və Rusiya arasındakı mübahisə ilə bağlı iclas olacaq İclas martın 6-dan 9-dək Haaqada keçiriləcək
Digər ölkələr
2 Fevral , 2017 11:39
Beynəlxalq Ədalət Məhkəməsində Ukrayna və Rusiya arasındakı mübahisə ilə bağlı iclas olacaq

Bakı. 2 fevral. REPORT.AZ/ Haaqada BMT-nin Beynəlxalq Məhkəməsində (Beynəlxalq Ədalət Məhkəməsində - red.) martın 6-dan 9-dək Ukraynanın Rusiyaya qarşı müvəqqəti tədbirlərin görülməsi iddiası üzrə müraciətinə həsr olunmuş iclas keçiriləcək.

Bu barədə "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, Ukrayna yanvarın 16-da terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə Konvensiyanın və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın şərtlətinin pozulması ilə bağlı Rusiyaya qarşı iddia qaldırıb.

Müvəqqəti tədbirlər müvəqqəti məhkəmə qadağası kimi bir sanksiyadır. Onların məqsədi məhkəminin mübahisə üzrə yekun qərar qəbul etməsinə qədər vəziyyətin dondurulmasıdır.

Daha əvvəl məhkəməyə göndərilən iddia ərizəsində Rusiyanın Ukraynanın şərqinə maliyyə və silah göndərdiyi, eləcə də qeyri-qanuni silahlı qruplaşmalar üçün döyüşçüləri hazırladığı bildirilib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin altı əsas orqanından biridir. Bu, dövlətlər arasında mübahisələri həll edən universal xarakterli yeganə beynəlxalq məhkəmədir. Məhkəmə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən 9 il müddətinə seçilmiş 15 hakimdən ibarətdir. 192 dövlət Məhkəmə Statutunun iştirakçısıdır. Amma onlardan yalnız 70-ə yaxını Məhkəmənin yurisdiksiyasının mütləq olmasını tanıyıb.

Son xəbərlər

Orphus sistemi