Yuxarı

Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin rəhbəri istefa verib

Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin rəhbəri istefa verib
Tero Varyorantanın gedişinin səbəbləri açıqlanmır

Bakı. 11 may. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktorunun müavini, təşkilatın müfəttişlərinin rəhbəri Tero Varyoranta cümə günü istefa verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İAEA-nın rəsmi nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

Tero Varyorantanın İAEA Katibliyinin Zəmanət Departamentinin rəhbəri postundan gedişinin səbəbləri açıqlanmır.

Lakin "Reuters" qeyd edir ki, onun istefa xəbəri ABŞ prezidenti Donald Trampın ölkəsinin İranla nüvə sövdələşməsindən çıxmaq barədə qərarından tez bir zaman sonra elan edilib.

Tero Varyoranta İAEA-nın təftiş heyətinin rəhbəri qismində Tehranda səfərdə olub.

"Tero Varyoranta mayın 11-dən istefaya gedib", - deyə agentlik İAEA-nın rəsmi nümayəndəsinin sözlərini sitat gətirir.

Agentliyin məlumatına görə, təşkilatın baş direktoru Yukiya Amano İran üzrə Yoxlamalar İdarəsinin rəhbəri vəzifələrinin icraçısı Massimo Aparonu özünə müavin və Zəmanət Departamenti rəhbərinin vəzifələrinin icraçısı təyin edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi