Bakı. 10 aprel. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı silahlı qüvvələr türkmənlərin yaşadığı Bayırbucaq bölgəsini minaatanlar və raketlərlə atəşə tuturlar.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Bəşşar Əsədin silahlıları Türkməndağı rayonuna aviazərbələr endirib, raket atıb, bölgəyə tanklardan atəş açıblar.
Bölgədə müxalifətlə Bəşşar Əsəd silahlıları arasında kəskin döyüşlər davam edir.
Atışma səsləri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinin Yayladağ rayonunda da eşidilir.