​Bəşşar Əsədə bağlı silahlılar türkmən bölgəsini atəşə tutub

​Bəşşar Əsədə bağlı silahlılar türkmən bölgəsini atəşə tutub Onlar Türkməndağı rayonuna aviazərbələr endirib, raket atıblar
Digər ölkələr
10 Aprel , 2015 16:27
​Bəşşar Əsədə bağlı silahlılar türkmən bölgəsini atəşə tutub

Bakı. 10 aprel. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı silahlı qüvvələr türkmənlərin yaşadığı Bayırbucaq bölgəsini minaatanlar və raketlərlə atəşə tuturlar.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Bəşşar Əsədin silahlıları Türkməndağı rayonuna aviazərbələr endirib, raket atıb, bölgəyə tanklardan atəş açıblar.

Bölgədə müxalifətlə Bəşşar Əsəd silahlıları arasında kəskin döyüşlər davam edir.

Atışma səsləri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinin Yayladağ rayonunda da eşidilir.

Son xəbərlər

Orphus sistemi