Bəşşar Əsəd: “Rusiya və İranla birlikdə Hələbə dair planlarımızı açıqlayacağıq”

Bəşşar Əsəd: “Rusiya və İranla birlikdə Hələbə dair planlarımızı açıqlayacağıq” O, Qərb dövlətlərini kəskin şəkildə tənqid edib
Digər ölkələr
15 Dekabr , 2016 12:59
Bəşşar Əsəd: “Rusiya və İranla birlikdə Hələbə dair planlarımızı açıqlayacağıq”

Bakı. 15 dekabr. REPORT.AZ/ ”Hələbi təhlükəsiz vəziyyətə gətirdikdən sonra, Rusiya və İranla yeni planımızı açıqlayacağıq”.

“Report” xəbər verir ki, bunu Suriyadakı rejimin başçısı Bəşşar Əsəd “Russia Today” və “Rossiya 24” telekanllarına müsahibəsində bildirib.

O, Qərb dövlətlərini kəskin şəkildə tənqid edib.

Xatırladaq ki, Rusiyanın havadan bombalaması nəticəsində Hələb Bəşşar Əsəd rejiminin nəzarəti altına keçib. Həmin əməliyyatlar zamanı çoxlu sayda mülki sakin öldürülüb.

Bundan başqa, terrorçu İŞİD qruplaşması Suriyanın Palmira şəhərini yenidən işğal edib. Fransa və başqa Qərb dövlətləri qədim şəhərin yenidən terrorçuların əlinə keçməsinə görə, Rusiyanı qınayıblar. Bu şəhər 7 ay əvvəl Rusiyanın dəstəyi ilə İŞİD-dən təmizlənmişdi.

Son xəbərlər

Orphus sistemi