Bəşər Əsədə məxsus hərbi hava qüvvələri Hələbi bombalayıb: - 24 ölü

Bəşər Əsədə məxsus hərbi hava qüvvələri Hələbi bombalayıb: - 24 ölü Hava zərbələri nəticəsində 73 nəfər yaralanıb
Digər ölkələr
10 Sentyabr , 2016 19:39
Bəşər Əsədə məxsus hərbi hava qüvvələri Hələbi bombalayıb: - 24 ölü

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bəşər Əsəd rejiminə məxsus Hərbi Hava Qüvvələrinin Suriyanın Hələb şəhərinə endirdiyi aviasiya zərbələri nəticəsində 24 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə Hələbin Mülki müdafiə qüvvələrinin nümayəndəsi Nəcib Ənsari xəbər verib. Onun sözlərinə görə, hava zərbələri nəticəsində daha 73 nəfər yaralanıb.

O, qeyd edib ki, Əsədin aviasiyası Məşhəd, Sukkeri, Ətarib rayonlarını bombalayıb.

Mülki müdafiə qüvvələrinin üzvləri dağılmış binaların altındakı meyitləri və yaralıları çıxarmağa çalışır.

Bombardmanlara məruz qalan rayonların səhra hospitallarında dərman çatışmazlığı hiss olunur.

Son xəbərlər

Orphus sistemi