Bəşər Əsəd qüvvələrinin bombardmanı nəticəsində 14 dinc sakin ölüb

Bəşər Əsəd qüvvələrinin bombardmanı nəticəsində 14 dinc sakin ölüb Şəhərdə 300 min nəfərdən 10 mini qalıb
Digər ölkələr
22 İyun , 2015 10:09
Bəşər Əsəd qüvvələrinin bombardmanı nəticəsində 14 dinc sakin ölüb

Bakı. 22 iyun. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin helikopterlə paytaxt Dəməşqin ətrafındakı Dareyya rayonunu və Hələb şəhərini bombalaması nəticəsində 14 dinc sakin ölüb, 20 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, ölən və yaralananların arasında qadın və uşaqlar da var.

Dareyyanın 300 minlik əhalisinin çoxu rayonu tərk etdiyindən hazırda orada 10 minə yaxın sakin qalıb. 

Son xəbərlər

Orphus sistemi